Baba ağladığına görə körpə nəvəsini sobada diri-diri yandırdı - TƏFƏRRÜAT - FOTO

1 Fevral 2020 12:09

Nəvəsini vəhşicəsinə qətlə yetirən babaya hökm oxunub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 11 aylıq nəvəsini ağladığına görə sobaya atıb yandıran Aleksandr Miyagaşevin növbəti məhkəməsi keçirilib. Azyaşlını diri-diri yandıran kişinin 15 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verilib. Uşağın nənəsi isə 9 ilini həbsxanada keçirəcək.

Məhkəmədə bildirilib ki, sərxoş halda olan Janna Miyagaşeva nəvəsinin ağlamasından bezərək onu susana qədər boğub. Babası isə uşağı sobaya atıb.

11 aylıq Maksimin anası Viktoriya Sagalakova evə qayıtdıqda körpəsinin yanmış cəsədini görüb.

Araşdırmalar nəticəsində məlum olub ki, kişi bundan əvvəl pişiyi və pişik balalarını da diri-diri yandırıb.

Qeyd edək ki, dəhşətli hadisə Rusiyada, Xakasiya ərazisində baş verib.

Emin
Milli.Az