"Beşiktaş" Boatenqin keçidini açıqladı

1 Fevral 2020 10:24

Türkiyənin "Beşiktaş" klubu yeni transferini açıqlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu "Fiorentina"nın hücumameyilli yarımmüdafiəçisi Kevin-Prins Boatenqi heyətinə qatıb. 

"Qara qartallar" qanalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb. 32 yaşlı futbolçu bu müddət ərzində 350 min avro maaş alacaq.

"Fiorentina" Boatenqi 2019-cu ilin yayında "Sassuolo"dan 1 milyon avroya transfer etmişdi. Boatenq ötən mövsümün 2-ci yarısını icarə əsasında "Barselona"da keçirmişdi.

Milli.Az