"Mançester Siti"nin futbolçusu "Leyptsiq"də

1 Fevral 2020 09:14

"Mançester Siti" müdafiəçisi Anxelinonu "Leyptsiq"ə icarəyə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi bu mövsümün sonuna qədər Bundesliqa təmsilçisində oynayacaq. O, yeni klubunda 3 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Anxelino bu mövsüm Premyer Liqada 6 matçda oynayıb.

Milli.Az