Yaponiyada helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

1 Fevral 2020 08:12

Yaponiyanın Fukusima prefekturasında helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, helikopterdə olan 7 nəfər qəza nəticəsində xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Qəzanın səbəbi araşdırılır.

Milli.Az