Yaponiyada 5,3 bal gücündə zəlzələ olub

1 Fevral 2020 07:45

Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Usiku şəhərindən 6 kilometr qərbdə, ocağı isə 69,7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az