Qəzza zolağından İsrail ərazisinə raket atılıb

1 Fevral 2020 07:35

İsrailin "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi Qəzza zolağından ölkə ərazisində atılan raketi vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Qəzza zolağından İsrail ərazisinə bir raket atılıb. Raket "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi ilə vurulub".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Milli.Az