Bakıda 3 otaqlı ev yanıb

1 Fevral 2020 07:05

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az