Bakıda yaşayış binasında yanğın

31 Yanvar 2020 21:36

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 47 m² olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az verilən məlumata görə, yüksək temperaturdan televizor və otağın lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az