Doktorantura yaradılan ali təhsil müəssisələrinin sayı artırılıb

31 Yanvar 2020 21:18

Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, Doktoranturalar yaradılan ali təhsil müəssisələrinin sayı artırılıb.

Beləliklə, Bakı Ali Neft Məktəbində fəlsəfə doktoru üzrə doktorantura yaradılacaq.

Milli.Az