Koronavirusa qarşı peyvənd 20 ay ərzində hazırlanacaq

31 Yanvar 2020 20:59

Fransada koronavirusa qarşı peyvənd hazırlanacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pasteur İnstitutunun professoru Kristof Denfert jurnalistlərə bildirib.

O qeyd edib ki, peyvəndi 20 ay ərzində əldə etmək mümkün olacaq.

Xatırladaq ki, Çində koronovirusdan ölənlərin sayı 213-ə, virusa yoluxanların sayı isə 9692-yə çatıb. Virusa yoluxma halları artıq 20-yə yaxın ölkədə qeydə alınıb.

Milli.Az