İtaliyada koronavirusla bağlı fövqəladə vəziyyət elan olundu

31 Yanvar 2020 19:09

İtaliyanın Nazirlər Şurası qeydə alınmış iki koronavirusa yoluxma faktı ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəstəlik Romaya səfər etmiş iki çinli turistdə aşkarlanıb.

Hadisə ilə əlaqədar olaraq, İtaliyanın Səhiyyə naziri Roberto Speranza da Çinə uçuşların dayandırılmasını əmr edib.

Milli.Az