"Android" sahibləri - ehtiyatlı olun!
25 Noyabr 2011 22:24
Milli.Az xəbər portalı "Gizmodo"ya istinadən bildirir ki, "Trend Micro"nun təhlükəsizlik araşdırmaları və kommunikasiyalar departamentinin direktoru Rik Ferqüsonun dediyinə görə, "Google" korporasiyasının məhsulu olan açıq kodlu "Android" əməliyyat sistemini hədəfə almış virusların sayı son yarım ildə 14 dəfə artiıb.
"TrendLabs" bildirir ki, hazırda "Android" əməliyyat sistemli mobil telefonlar və planşet kompüterlərdə 1410 virus dolaşır.
Ferqüson daha sonra deyib ki, "Android" əməliyyat sistemindən istifadə edən cihazların sayı 50 milyona çatdığından, virusların sayında da ciddi yüksəliş gözlənilir.
Milli.Az