Keçmiş məhkum hədə-qorxu yolu ilə pul alarkən yaxalandı

31 Yanvar 2020 19:44

Keçmiş məhkum Bakı sakinindən hədə-qorxu yolu ilə pul alarkən saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az