Messinin 500-cü qələbəsi

31 Yanvar 2020 16:34

"Leqanes" üzərində 5:0 hesablı qələbə "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubu ilə 500-cü qələbə sevincini yaşayıb.

32 yaşlı futbolçu indiyədək "Barsa"da 710 matç keçirib, 622 qol vurub və 241 məhsuldar ötürmə verib. Həmçinin klub Messinin iştirakı ilə 131 matçda heç-heçə edib, 79 oyunda isə uduzub.

Qeyd edək ki, Lionel Messi "Leqanes"lə görüşdə dubl müəllifi olub.

Milli.Az