Premyer Liqa klubundan rekord transfer

31 Yanvar 2020 16:24

İngiltərənin "Şeffild Yunayted" klubu tarixinin ən bahalı transferini edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçika "Genk"indən Norveç millisinin üzvü Sander Berqeni heyətinə cəlb edib. 21 yaşlı yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.

"Şeffild Yunayted" bu keçid üçün 20 milyon avro ödəyib. Bu, klub tarixində ən bahalı keçid olub.

Qeyd edək ki, Berqe 2017-ci ildə Norveçin "Volerenqa" klubundan "Genk"ə keçmişdi.

Milli.Az