Hərbi prokuror: "Silahlı Qüvvələrdə hakimiyyətdən sui-istifadə cinayətləri azalıb"

31 Yanvar 2020 16:09

"2018-ci illə müqayisədə 2019-cu ildə Silahlı Qüvvələrdə qeydə alınmış hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 % azalıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış xuliqanlıq cinayətləri 14,3% azalıb.

Milli.Az