"Nokia" 17 min insanı işsiz qoyacaq

25 Noyabr 2011 21:30
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, hazırda şirkətdə işləyən 74 min nəfərin 17 mini iş yerini itirəcək.

Finlyandiyanın "Nokia" və Almaniyanın "Siemens" konsernlərinin birgə müəssisəsi olan "Nokia Siemens" bu minvalla əməliyyat xərclərini 2013-cü ilədək 1 milyard avro azaltmaq niyyətindədir.

Bununla yanaşı, şirkət restrukturlaşdırmaya başlamaq, internetə mobil giriş avadanlığı istehsalı və mobil rabitə operatorlarına servisin təqdimatını artırmaq niyyətindədir.

Milli.Az