İranda nüvə konfransı keçirilir
17 Aprel 2010 09:40
Milli.Az "İnterfaks"a istinadən xəbər verir ki, "Atom enerjisi hamıya, nüvə silahı heç kimə" adlı konfransda 60-dan artıq ölkənin, həmçinin beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Tədbir iştirakçıları nüvə silahlarının yayılmasının qarşısını almaq və nüvə arsenallarının ixtisarı mövzularını müzakirə edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl oxşar konfrans ABŞ-da keçirilmişdi.
Milli.Az