Rusiyada zavod partladı - Ölən və xəsarət alanlar arasında Türkiyə vətəndaşları var

31 Yanvar 2020 15:49

Rusiyanın Oryol vilayətində rezin məmulatlar zavodunda partlayış baş verib.

Mill.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub.

Ölənlərdən biri Türkiyə vətəndaşı olub. Bundan başqa, daha 3 Türkiyə vətəndaşı xəsarət alıb.

Qeyd olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.

Milli.Az