Milli Məclisə seçkilərlə əlaqədar bildirişlərin seçicilərə paylanması başa çatır

31 Yanvar 2020 14:39

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda qeyd edilib.

Belə ki, Tədbirlər Planına əsasən, fevralın 2-dək məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması başa çatmalıdır.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Milli.Az