Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır - CƏDVƏL

31 Yanvar 2020 13:09

Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır.

Bu barədə Milli.Az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək: "Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir".

Milli.Az