Bakıda 37 yaşlı kişi naməlum şəxslər tərəfindən bıçaqlanıb

31 Yanvar 2020 10:39

Bakıda orta yaşlı kişi küçədə naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Rayonun Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi ev 64-də yaşayan, 1983-cü il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb. V.Nəcəfov bel nahiyəsindən 3 bıçaq zərbəsi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı komatoz vəziyyətdə olduğundan onun dindirilməsi mümlkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az