Türk Hava Yolları Çinə uçuşları dayandırıb

31 Yanvar 2020 08:52

"Türk Hava Yolları" aviaşirkəti Çinə uçuşları 9 fevrala qədər dayandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Yahya Üstün bildirib.

Təxirə salınan reyslər Pekin, Guançjou, Şanxay və Sian istiqamətində olan reyslərdir.

Onun sözlərinə görə, bu, milli və beynəlxalq hakimiyyət orqanları ilə birlikdə mövcud vəziyyəti və son dövrdə koronavirusla əlaqəli hadisələri qiymətləndirmək üçün edilib.

Milli.Az