ABŞ İranın Atom Enerji Təşkilatının rəhbərinə qarşı sanksiyalar tətbiq edib

30 Yanvar 2020 23:22

ABŞ İranın Atom Enerji Təşkilatına (OAEI) və onun rəhbəri Əli Əkbər Salehiyə qarşı sanksiyalar tətbiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamentinin yaydığı açıqlamasında deyilib.

Qeyd edək ki, 5 noyabr 2018-ci ildə ABŞ İrana qarşı sanksiyaları tam olaraq təzələyib.

Sanksiyala İran neftinin ixracı, həmçinin 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.

Milli.Az