Şirvanda ərlə arvad dəm qazından zəhərlənib

30 Yanvar 2020 21:36

Şirvan şəhərində iki nəfər dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 42 yaşlı Asim Süleymanov və onun həyat yoldaşı   Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, A.Süleymanov dünyasını dəyişib. Onun həyat yoldaşı isə reanimasiyaya yerləşdirilib.

Milli.Az