Parlament seçkilərində beynəlxaq və yerli müşahidəçilərin sayı açıqlandı

30 Yanvar 2020 17:44

"Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 694 beynəlxalq müşahidəçi akreditasiyadan keçib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahiəçilərin sayı 61813 nəfərə çatıb. 33010 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülən müşahidəçilərdir.

Milli.Az