Qaxda “VAZ”la “Mercedes-Vito” toqquşub - Ölən var

30 Yanvar 2020 16:04

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, yanvarın 29-da saat 16 radələrində Qax rayonunun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi "VAZ-21063" və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi "Mercedes-Vito" markalı avtomobillər toqquşub.

Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az