Çexiyada parlament binasına silahlı hücum

30 Yanvar 2020 18:19

Çexiyada parlamentin Aşağı Palatasının yerləşdiyi binaya hücüm olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir şəxs bıçaqla binaya girmək istəyib.

Bildirilir ki, 31 yaşlı kimliyi məlum olmayan silahlı kişi Deputatlar Palatasının girişlərindən birinin qarşısında mühafizəçiləri bıçaqla hədələyərək içəri girmək istəyib.

O, mühafizəçilər tərəfindən zərərsizləşdirilərək polis məntəqəsinə gətirilib. Hadisə zamanı zərər çəkən olmayıb.

Milli.Az