Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü

30 Yanvar 2020 14:33

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha iki ölüm faktı qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəstələrin hər ikisi ağciyərin obstruktiv xəstəlikləri diaqnozundan vəfat edib. 

Onlardan biri 1957-ci il təvəllüdlü kişidir. Digər xəstənin isə 1941-ci il təvəllüdlü olduğu bildirilib. 

TƏBİB iki nəfərin ölüm faktını təsdiqləyib.

Milli.Az