“Roma”dan 4 milyonluq transfer

30 Yanvar 2020 17:14

"Roma" İspaniyanın "Elçe" komandasından Qonsalo Vilyarı transfer edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu haqda klubun saytı məlumat yayıb. 31 yaşlı ispan yarımmüdafiəçi üçün 4 milyon avro təzminat ödənilib. Müqavilə 2024-cü ilin iyunun sonuna qədər imzalanıb. Futbolçu 14 nömrəli formanı geyinəcək.

Hazırkı mövsümdə Qonsalo Vilyar İspaniya ikinci divizionunda 20 oyun keçirib, 1 qol vurub.

Milli.Az