"Azerbaijan Best Awards"ın keçiriləcəyi tarix açıqlandı - FOTO

30 Yanvar 2020 16:49

"Azerbaijan Best Awards"ın keçiriləcək tarix açıqlandı - FOTO

Bir çox biznes və media nümayəndələrinin maraq dairəsində olan "Azerbaijan Best Awards" mükafatlandırma mərasimi fevral ayının 3-də, Boulevard Hotel Baku-da keçiriləcək.

Nüfuzlu mükafat sayılıb-seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media, tibb, idman, moda, ictimai xadimlər, memar-dizaynerlerə, elm xadimləri, influencerlər müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq. 

Mükafat alanalar arasında, xarici ölklərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Adel İbrahim, Adil Embarş və Husnan Bəy Fənanie, Xalq artistlərindən Həmidə Ömərova, İlham Namiq Kamal, Nisə Qasımova, Faiq Ağayev, əməkdar incəsənət xadimi Fəxiyyə Xələfova, müğənnilərdən Zamiq Huseynov, Cingiz Mustafayev, Eldar Qasımov, Gunay İbrahimli, Sevda Yehyayeva, Nura Suri, Xəyyam Nisanov, Dilara Kazımova, Natavan Həbibi, TV aparıcılardan Afaq Gəncəli, Vüsalə Əlizadə, Zümrüd Bədəlova, Suna Kasımoğlu, idmançılardan Eduard Məmmədov, Tofiq Musayev və Mahir Emrəli və digərləri var.

Tədbir saat 17:00-da başlayacaq. İlk öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər. Gecənin  proqramında qonaqlar müxtəlif markaların moda şoularında izləyəcəklər. Tədbir bitdikdən sonra isə mükaftçılar DJ Çinanın müşayiəti ilə "after party"də iştirak edəcəklər. Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simaların da iştirakı gözlənilir.

Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az