Gecə klubunda işləyən qadınları güllələdilər - FOTO

30 Yanvar 2020 13:59

Türkiyədə Kayseri şəhərində gecə klubunda işləyən qadınlar atəşə tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sarıoğlan rayonunda baş verib.

Xəbərdə bildirilir ki, gecə klubunda işləyən 37 yaşlı Əsli A., 28 yaşlı Yıldız Ö., 53 yaşlı Gürcüstan vətəndaşı İrma K. işdən çıxıb evə getmək üçün avtomobilə miniblər.

Bu zaman onların olduğu avtomobil odlu silahdan atəşə tutulub. Nəticədə, qadınların üçü də yaralanıb.

Hadisənin şahidləri təcili yardım və polis çağırıblar. Xəstəxanaya çatdırılan qadınlardan biri, İrma K.-nin həyatını xilas etmək mümkün olmayıb.

Digər iki qadının vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlayıb.

Milli.Az