"Banu" Günelin evlilik xəbəri yalan çıxıb

30 Yanvar 2020 16:08

Bir neçə gün öncə ailə qurmasıyla bağlı xəbər yayılan "Banu" verilişinin aparıcısı Günel Həsənzadə "Space" telekanalında işini davam etdirir.

Milli.Az bildirir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, o, kollektiv arasında ailə qurmasıyla bağlı yayılan xəbərləri təkzib edir, hətta iş yoldaşlarının təbriklərini də qəbul etmir.

Əməkdaşımız yayılan xəbərlərin doğru olub-olmadığını öyrənmək üçün Həsənzadəylə əlaqə saxlamaq istəsə də, teleaparıcının telefonu bağlı olub.

Qeyd edək ki, bir neçə gün öncə yayılan xəbərdə teleaparıcının türkiyəli iş adamıyla ailə qurduğu bildirilirdi.

Milli.Az