Səfir: "Çindən təxliyə olunan azərbaycanlılar Türkiyəyə gətiriləcəklər"

30 Yanvar 2020 13:08

Azərbaycan tərəfinin istəyi ilə Çində yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Çində yayılan koronavirusla bağlı Türkiyə 35 vətəndaşını oradan təxliyə edəcək: "Ölkə onlar üçün təyyarə göndərməyi planlayır. Bizdə olan məlumata görə, orada yaşayan 6-7 nəfər Azərbaycan vətəndaşı da türkiyəlilərlə birgə təyyarə ilə Türkiyəyə gətiriləcək və lazım olan tədbirlər görüləcək".

Milli.Az