"Qəbələ"dən ayrıldı, Yunanıstan klubuna keçdi

30 Yanvar 2020 14:54

İbrahima Niasse "Qəbələ"dən ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, seneqallı yarımmüdafiəçi  Yunanıstanın "Lamiya" klubuna keçib.

Qeyd edək ki, Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2013/14 mövsümündə də "Qəbələ"də oynayıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanın "Levadiakos" klubunda çıxış edib.

Milli.Az