ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Aytac Vidadiqızı olub.
Milli.Az bildirir ki, bir zamanlar dostluq etdiyi həmkarından gileylənənən ifaçı ad çəkməkdən boyun qaçırıb:
"Şou-biznesdə heç kimlə rəfiqə deyiləm. Səmimi dostam, amma rəqabət varsa, dostluq yoxdur. Bir zamanlar dostluq etdiyim sənət yoldaşım olub. Yaxın rəfiqə olmuşuq. Hal-hazırda populyardır. Ulduzluq səviyyəsindədir. Yollarımız ayrılıb. Mənim üçün heç bir fərqi yoxdur. Amma adını çəkmək istəmirəm. Sonra sevinər ki, Aytac mənim üzərimdən özünü reklam edir. Onsuz da, kim sinəsinə döyürsə, çox getmir. Başı gicəllənir, yıxılır yerə".
Milli.Az