2 həftə əvvəl toyu olan Sıla hamilədir?

30 Yanvar 2020 13:43

Bir müddət bundan öncə ailə quran türkiyəli müğənni Sıla haqqında hamiləlik xəbərləri yayılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ifaçının həyat yoldaşı, aşpaz Hazer Amani bir məkan çıxışında jurnalistlərin suallarını cavablandırıb. O, müxbirlərin "Sıla xanım hamilədir?" sualına sərt reaksiya verib.

"Bilmirəm bu söz-söhbət haradan qaynaqlanıb, ancaq bu həqiqətə uyğun deyil. Sıla hamilə deyil",- Hazer Amani bildirib.

Daha sonra o, Sılanın dadlı yeməklər hazırladığını da bildirib.

Milli.Az