Volanski bu dəfə Kobe Brayanta görə soyundu - FOTO

30 Yanvar 2020 17:59

"Tottenhem"lə "Liverpul" arasında keçirilən Çempionlar Liqasının final oyununda yarçılpaq halda meydana çıxan Kinsi Volanski daha bir qalmaqallı addımla gündəmə gəlib.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, model bu dəfə Avstriyada keçirilən kişilər arasında xizəksürmə üzrə dünya çempionatında görüntülənib.

Volanski alt paltarında anidən yarışın keçirildiyi əraziyə daxil olub.

O, bu zaman bir neçə gün əvvəl helikopter qəzasında həlak olan əfsanəvi basketbolçu Kobe Bryanta həsr olunmuş "RIP LEGEND KOBE" yazılan pankart açıb.

Modeli mühafizəçilər ərazidən uzaqlaşdırıb.

Milli.Az