“Eurovision”un baş prodüseri erməni təxribatından danışdı

30 Yanvar 2020 11:09

"Eurovision" mahnı müsabiqəsinin baş prodüseri Jon Ola Sand Azərbaycan və Ermənistanın müsabiqədəki münasibətlərindən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Niderlandın AD.ln portalının müxbiri "səsvermə nə dərəcədə ədalətlidir? Azərbaycan və Ermənistan hər dəfə bir-birini sonuncu edir?" deyə baş prodüserə sual ünvanlayıb.

Jon Ola Ermənistanın 2006-cı ildə, Azərbaycanın isə 2008-ci ildə müsabiqəyə qatıldığını bildirib.

O, qarşı tərəfin yarışmada təxribat törətdiyini vurğulayıb. Belə ki, Sand mətbuat konfransında Azərbaycan bayrağının tərs qoyulduğunu, 2016-cı ildə Ermənistan təmsilçisi İveta Muçukyanın qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını gözləmə otağında qaldırmasını vurğulayıb:

"Bu, əslində, yaxşı hal deyil. Amma nə edə bilərik? Hər iki ölkəni kənərlaşdıraq?! Xeyr! Biz hər ikisinin eyni səhnədə yer almasından qürur duyuruq və danışıqlar apararaq situasiyanı dəyişməyə cəhdlər edirik".

Milli.Az