Gəncədə 12 yaşlı qız dəm qazından zəhərlənib

30 Yanvar 2020 08:02

Gəncə sakini dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 12 yaşlı Hüseynova Mənzərə Vüqar qızı yaşadığı mənzilin vanna otağında dəm qazından zəhərlənib.

O dərhal xəstəxanaya yerləşdirilib. Azyaşlı qıza lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az