"Mançester Siti" finalda

30 Yanvar 2020 08:28

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ikinci cütlüyündə cavab görüşü keçirilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Mançester derbisində "Mançester Yunayted" "Mançester Siti"nin qonağı olub.

İlk matçda öz meydanında 1:3 hesabı ilə məğlub olan "qırmızı şeytanlar" səfərdə qalib gəlsələr də, bu, mərhələ adlamaq üçün kifayət etməyib.

Bununla da "Mançester Siti" finalda "Aston Villa"ya rəqib olub. Həlledici qarşılaşma martın 1-də baş tutacaq.

İngiltərə Liqa Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
29 yanvar
"Mançester Siti" - "Mançester Yunayted" - 0:1
Matiç, 35

İlk oyun: 3:1

Milli.Az