Silahlılar onlarla mülkü insanı qətlə yetiriblər

30 Yanvar 2020 08:23

Son 48 saat ərzində Konqo Demokratik Respublikasının (DRC) şərqindəki dörd yaşayış məntəqəsində Demokratik Qüvvələr Alyansının (ADF) silahlıları tərəfindən ən az 30 nəfər öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücumların Şimali Kivu əyalətindəki Beni bölgəsinin qərbində törədildiyi bildirilir.

Daha əvvəl Konqonun "Actualite" informasiya portalı "ADF" silahlılarının Beni bölgəsində 15 nəfərin öldürdüyünü bildirib.

Milli.Az