Hazırda Çində 25-ə qədər Türkiyə, 10-a qədər Azərbaycan vətəndaşı var.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin koronavirusla bağlı sualını cavablandırarkən deyib.
Prezidentin sözlərinə görə, Türkiyə Səhiyyə Nazirliyi məsələ ilə bağlı təmkinli açıqlamalar verir:
"Nazirliyə tapşırdım ki, tədbirlərinizi görün, azəri qardaşlarımızı da siyahıya daxil edin. Karantinə alaraq bu qardaşlarımızı Türkiyəyə gətirək. Hazırda Türkiyə ərazisində hər hansı bir problemdən söz gedə bilməz. Amma dostlarımız da hər cür tədbiri görərək addımlarını atırlar".
Milli.Az