Ürək-damar xəstələri üçün yumurta yemək risklidirmi? - ARAŞDIRMA

29 Yanvar 2020 23:27

Kanadalı elm adamları yeni bir araşdırma həyata keçiriblər. Onlar gündə bir yumurta yeməyin insan sağlamlığına faydalarını və bir sıra xəstəliklərə təsirini araşdırıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, tədqiqatlar zamanı alimlər ümumilikdə 6 qitədə 50 ölkədən nəticələr toplayıblar. Bu zaman 146 min sağlam və 34 min ürək- damar xəstəliyi olan şəxslərin yumurta yemələri dəyərləndirilib.Bu şəxslərin hər biri gündə bir yaxud da heç yumurta yemədiyi bildirilib.

Araşdırmaçı M.Dehgan bildirib ki, gündə bir ədəd yumurta yemə riskli deyil. Hətta ürək-damar və diabet kimi xəstəliyi olan şəxslər də bir ədəd yumurta yesə, bu onlara hər hansı bir sağlıq problemi və ölüm riski yaratmır.

Milli.Az