Oğurluq üstündə ələ keçdi - Başqa əməllərinin üstü açıldı

29 Yanvar 2020 17:34

Binəqədidə oğurluq etdiyinə görə tutulmuş şəxsin başqa cinayətləri törətdiyi də məlum olub.

Bu barədə Milli.Az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.

Bildirilir ki, oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən su qızdırıcıları və su mühərriki oğurlaması da müəyyən edilib.

Milli.Az