“Sefirin kızı”nın aktyoru özünə sevgili tapdı - FOTO

29 Yanvar 2020 14:46

Qızının anası Melis İşitden 6 ay öncə boşanan "Sefirin kızı" serialının aktyoru Uraz Kayqılaroğlu sosial media fenomeni Mehtap Algüllə eşq yaşayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə məlumatı "Takvim" qəzeti yayıb.

Bildirilir ki, onlar bir müddət öncə eşq münasibətinə başlayıb.

Qeyd edək ki, Uraz beş illik evliliyini 2019-cu ilin iyulunda bitirib. Onun bu evlilikdən Ada adlı qızı var.

Milli.Az