Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

29 Yanvar 2020 17:04

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanvarın 29-da qızılın qiyməti yanvarın 28-i ilə müqayisədə 24,1315 manat azalaraq 1 unsiya üçün 2661,129 manat təşkil edib.

Gümüş 1,0047 manat ucuzlaşaraq 1 unsiya üçün 29,6931 manata bərabər olub.

Platinin qiyməti 2,431 manat artaraq 1685,635 manat, palladiumun qiyməti 10,3105 manat artaraq 3926,065 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Milli.Az