Ermənistandan Tehrana gedən avtobus qəzaya uğradı

29 Yanvar 2020 14:13

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Ermənistandan Tehrana gedən avtobus qəzaya uğrayıb.

Bu barədə Trend IRNA-ya istinadən məlumat verib.

Məlumata görə, səhər saat 6:30-da Təbriz-Zəncan magistral yolunda Miyana rayonu ərazisində avtobus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 14 nəfər yaralanıb, yaralılardan bəzisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az