Prezident Respublika Uşaq Xəstəxanasına 3 milyon manat ayırdı

16 Aprel 2010 22:28
Sərəncama əsasən, Respublika Uşaq Xəstəxanasının əsaslı təmir və müasir avadanlıqla təchiz edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq vəsaitin maliyyələşdirilməsini həyata keçirmək tapşırılıb.

/AzərTAc/