"Roma"da yeni müdafiəçi

29 Yanvar 2020 13:07

"Roma" "Atalanta"nın futbolçusu Rocer İbanesi heyətinə cəlb edib.

Milli.az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi komandada icarə əsasında çıxış edəcək.

Paytaxt təmsilçisi braziliyalı futbolçu ilə 2021-ci ilin yayınadək müqavilə imzalayıb. R.İbanes ötən ildən "Atalanta"da çıxış edirdi.

Milli.Az